"Türkiyə və Hollandiya klublarından təklif almışam" - millimizin üzvü

"Türkiyə və Hollandiya klublarından təklif almışam" - millimizin üzvü
GÜNDƏM 17 İyul 2018 / 12:19 4665
-  A +

U-21 millimizin futbolçusu Ozan Can Kökcü Türkiyə və Hollandiya klublarından təklif alıb.

Qol.az-ın məlumatına görə, bu barədə "Bursaspor"un oyunçusu yerli mətbuata açıqlamasında deyib. Ancaq o, hədəfinin Türkiyə klubunda oynamaq şansı tapmaq olduğunu bildirib: "Heç yerə getməyi düşünmürəm. Özümü Türkiyədə ən yaxşı şəkildə göstərmək istəyirəm".

O, klubun azarkeşləri haqda da müsbət fikirlər səsləndirib: "Hələ 40 min azarkeş qarşısında oynamamışam. Amma tribunadan dəstəyi görürəm. "Bursaspor"un çox böyük azarkeşi var. Onların qarşısına çıxmaq üçün həyəcanlanıram".

Ozan Can Kökcü bildirib ki, oyunçuların çoxunun türkəsilli olması çox yaxşıdır: "Eyni dil, eyni mədəniyyət olan zaman daha yaxşı münasibət qurmaq olur. Təlim-məşq toplanışından vaxtımız əyləncəli keçir. Özümü yaxşı tərəfdən göstərirəm. Amma daha da yaxşı olmağa çalışacam".

Daha çox


Son xəbərlər