"Qəbələ"nin potensial rəqibindən darmadağın

"Qəbələ"nin potensial rəqibindən darmadağın
DÜNYA FUTBOLU 17 İyul 2018 / 22:28 7519
-  A +

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə 3 görüş keçirilib.

"Qəbələ"nin 2-ci mərhələdəki potensial rəqibi də bu gün bəlli olub. Təmsilçimiz ilk görüşdə uduzduğu (0:2) "Proqres"i keçə bilsə, "Honved"lə qarşılaşacaq. Macarıstan klubu "Rabotniçki" ilə Makedoniyada keçirilən görüşdəki məğlubiyyətin (1:2) əvəzini artıqlaması ilə çıxıb - 4:0.




17 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

“Levski” (Bolqarıstan) - “Vaduts” (Lixtenşteyn) - 3:2
Qollar:
Bus, 35, Belaid, 53, Kabral, 85 - Kulibali, 25, Tadiç, 55
İlk oyun - 0:1

“Şkupi” (Makedoniya) - “Reyncers” (Şotlandiya) - 0:0
İlk oyun - 0:2

“Honved” (Macarıstan) - “Rabotniçki” (Makedoniya) - 4:0
Qollar:
Holender, 6, 16, Danilo, 63 (pen.), 84
İlk oyun - 1:2


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı