Millimiz Özbəkistan yığmasına məğlub oldu

Millimiz Özbəkistan yığmasına məğlub oldu
XƏBƏR 19 May 2010 / 14:56 1691
-  A +

Bu gün Daşkənd şəhərində futzal üzrə Özbəkistan və Azərbaycan milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, qarşılaşma 4:2 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb. Millimizin hər iki qolunun müəllifi Vitali Borisov olub.
Xatırladaq ki, bu komandalar arasında dünən – mayın 18-də keçirilən yoldaşlıq oyunu 3:3 hesabı ilə yekunlaşmışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın