"Keşlə"ni "Baltsan"la oyuna o çıxaracaq

"Keşlə"ni "Baltsan"la oyuna o çıxaracaq
XƏBƏR 16 İyul 2018 / 21:35 5051
-  A +

Yuri Maksimovun gedişindən sonra baş məşqçisiz qalan “Keşlə”ni Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Baltsan”la oyununa kimin çıxaracağı müəyyənləşib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanı sözügedən qarşılaşmaya köməkçi-məşqçi Zaur İsmayılov çıxaracaq. Klubdan onu da bildirdilər ki, yeni baş məşqçi Avroliqa matçından sonra bilinəcək. Çünki komanda hazırda bütün fikrini cavab matçına yönəldib.

Qeyd edək ki, “Keşlə” ilk oyunda səfərdə “Baltsan”a 1:4 hesabı ilə uduzub.


Son xəbərlər