Yuri Maksimov “Keşlə”dən getdi

Yuri Maksimov “Keşlə”dən getdi
ÖLKƏ FUTBOLU 16 İyul 2018 / 18:22 5451
-  A +

Ukraynalı məşqçi Yuri Maksimov “Keşlə”ni tərk edib.

Qol.az-ın xəbərinə görə, o, bununla bağlı qərarını bu gün açıqlayıb. Maksimov ona təklif olunan müqavilənin şərtləri ilə razılaşmadığı üçün bu addımı atıb.

Ukraynalı mütəxəssis azerisport.com-a açıqlamasında “Keşlə”dən getdiyini təsdiqləyib. O qeyd edib ki, klubla hələ ötən mövsümün sonu müddəti bitmiş müqavilə uzadılmayıb. Maksimov onu da deyib ki, istefasının ötən həftə Avroliqanın birinci təsnifat mərhələsində Malta “Baltsan”ı ilə matçdakı məğlubiyyətlə (1:4) əlaqəsi yoxdur: "Biz həmin matçda layiqli çıxış etdik. Nəticə oyuna görə deyildi. "Keşlə"ni tərk etməyimin səbəbi odur ki, klub rəhbərliyinin təklif etdiyi müqavilənin şərtləri məni qane etmirdi. Yeni müqavilə ilə bağlı danışıqlarımız olsa da, imzalanması ləngiyirdi. Müqaviləsiz işləmək isə qeyri-ciddi olardı. Təklif olunan müqavilənin şərtləri isə məni qane etmirdi".

Daha çox


Son xəbərlər