AFFA uşaq futbolçular üçün festival keçirdi (FOTOSESSİYA)

XƏBƏR 19 May 2010 / 14:19 2402
-  A +

Bu ilin may ayının 19-nun UEFA-nın Kütləvi Futbol Günü elan etməsilə əlaqədar AFFA tərəfindən tədbirlər keçirilir. Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirlər planına uyğun olaraq, bu gün Şağan Olimpiya İdman Kompleksində AFFA tərəfindən UEFA-nın «Grassroots» proqramı çərçivəsində 8-12 yaşlı 150 uşağın iştirakı ilə festival təşkil olunub. Festivalı AFFA-nın baş katibi Elxan Məmmədov, Çili Futbol Federasiyasının prezidenti Harold Mayne-Nicholls, FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks və 15 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Sissi Rayt izləyib.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı