"Neftçi" rəhbərliyini pultla idarə edirlər” – Kamal Quliyev

"Neftçi" rəhbərliyini pultla idarə edirlər” – Kamal Quliyev
ÖLKƏ FUTBOLU 16 İyul 2018 / 16:46 4986
-  A +

"Neftçi" akademiyada baş seleksiyaçı vəzifəsində çalışan Kamal Quliyevlə yolları ayırıb.

Qol.az sportal.az saytına istinadən xəbər verir ki, Quliyev ayrılığının səbəblərindən danışıb. Mütəxəssis klubun rəhbərliyi - Kamran Quliyev (prezident), Ceyhun Sultanov (idman direktoru) və Elnur Eyvazovu (vitse-prezident) sərt şəkildə tənqid edib:

"Bəli, "Neftçi"dən ayrılmışam. Müqavilə başa çatdı və uzadılmadı. Sözün düzü, bunu gözləmirdim. U-19 komandasında işləməyi mənə tapşırmışdılar. Mən də komanda düzəldirdim. Kənardan gələn məşqçilər burada özlərini sübut etmirlər. Mən də rəhbərlikdən bir şans istədim. Heç olmasa, əvəzedici və ya U-19 komandasında çalışmaq istədim. Mən bu klub üçün can qoymuşam, yad insan deyiləm bura. Bu ailənin içində olan şəxs idim.

Əgər işimi bacarmasaydım, gedəcəkdim. Kimsə ömürlük heç yerdə qalmır. U-19 komandasını qurmağa hazırlaşırdım. Lakin gördüm ki, bunların fikri tam başqadır. Hiss etdim ki, sözlərinin üstündə durmayacaqlar. Klub rəhbərliyi ilə görüşdüm. Seleksiya xidmətində çalışırdım. Onlar bu işin ləğv olunacağını dedilər. Uşaq futbolundan uzaq şəxsəm. Akademiyanın məşqçilərinin istəyilə klubumuza gənc futbolçular gətirdik. Amma qeyd etmədim ki, kimisə mən gətirmişəm. Yeni rəhbərlik isə deyir ki, bura kimi gətirirsənsə, qeyd edilməlidir. Min cür bəhanələr gətirildi".

K.Quliyev deyib ki, yeni rəhbərliyin onunla işləmək istəmədiyini təxmin edib: "Sadəcə, bəhanələr gətirirdilər. Onlara dedim ki, siz necə adamlarsız axı, sizə necə müraciət etmək olar? Sizi necə başa salım ki, mənə bir komanda verəsiniz? Bu, mənə təhqirdir, özümə ayıb bilirəm ki, mən burda ola-ola başqa yerdən məşqçi gətirilir. Axı mən də işləmək istəyirəm, bu komanda üçün can qoyanlardan olmuşam.

Baş məşqçi və köməkçi olmuşam. 70 faiz məşqçilərimizin illərlə etmədiklərini qısa zamanda reallaşdırdım. Amma özümə baş məşqçi demirəm. Heç olmasa bir şans verilməli idi. Onu da rəhbərlik etmədi. Artıq özüm də iyrəndim. İnsan çalışdığı işdən zövq almalıdır. Məni istəməməklərində düzgünlüyümdür. Əməlimdə doğru adamam. Onlara dürüst adam lazım deyil.

Köhnə rəhbərlik təyinatımı gecikdirirdi. "Neftçi"yə məni klubun sponsorlarından biri olan Mikayıl İsmayılov göndərmişdi. Təyinatım idman direktoru olacaqdı. Mənə prezident Orxan Hüseynzadə bildirdi ki, bu vəzifə üçün siz çox erkənsiz. Zaman keçdikdən sonra bu vəzifədə çalışarsınız. Mən də ona yaxşı cavab verdim. Bildirdim ki, sizi kimi cavan oğlanın "Neftçi" kimi qocaman, flaqman kluba prezident təyin olunmağa səlahiyyəti çatırmı? Yenə də önəm vermədim. Ən azından klubun içində idim.

Yenə də idman direktoru vəzifəsinə məni buraxmadılar. 52 bəhanə ilə yolumu kəsdilər. Ora-bura adımdan sözlər çatdırdılar. Neft şirkətinə belə uydurma sözlər deyildi. Bir ilin içində tanış məşqçilər "Neftçi"yə gəldi, onlardan da zərbələr aldım. Yalandan çox söz-söhbət uyduruldu. Mənim müraciətimə baxılmadı, U-15 komandası mənə təklif olundu. Bu isə çox gülməli idi. Mən ədalətli adamam, Kamal Quliyevəm. Kimlərinsə pultu ilə işləmirəm. Hər şeyin öz vaxtı gələcək.

"Neftçi"də pul olmayanda, hamı klubdan qaçırdı, mən isə 1 il havayı oynamışam. Adıma çox uydurma sözlər çıxardılar. Mənim pultum kiminsə əlində deyil. Sırf olaraq, rəhbərliyi günahlandırıram. Müraciətimə baxmadılar. Onlar üçün adi haldır. Mən onlar üçün arzuolunmaz şəxs idim. Bu rəhbərlik Tərlan Əhmədovu da min bəhanə ilə göndərdi. Baxmayaraq, o, 1 xalı olan komandanı irəli apardı və Avropa Liqasına yüksəltdi. "Neftçi" rəhbərliyini pultla idarə edirlər. Ancaq mən belə idarə edilə bilmərəm!"

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord