Georgi Nikolov: “İstərdim ki, “İnter”lə “Bakı” Avroliqanın qrup mərhələsində qarşılaşsın”

XƏBƏR 19 May 2010 / 14:04 1788
-  A +

Unibank Premyer Liqasının qalibi olan “İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov bu gün “Bakı” Futbol Klubunun qonağı olarkən maraqlı fikirlər səsləndirib. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən məlumatına görə, klub rəhbərliyi ilə görüşdən sonra təəssüratlarını da bölüşərkən “Bakı”yla avroliqada üz-üzə gəlmək istəyində olduğunu açıqlayıb: “Qarşıda “İnter” kimi “Bakı”nı da avrokuboklarda çıxış gözləyir.  Arzu edərdim ki, “Bakı” bu il keçənilkindən də daha yaxşı çıxış etsin. Həmçinin istərdim ki, “Bakı” ilə “İnter” Avroliqanın qrup mərhələsində qarşılaşsın. Hər iki klubun daha çox irəli getməsini istəyirəm. “İnter”in azarkeşləri adından əminliklə deyə bilərəm ki, komandamızın fanatları əvvəlki illərdə olduğu kimi bu dəfə də “Bakı”nı avrokuboklar oyunları zamanı stadiondan dəstəkləyəcək”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord