Fransa millisindəki karyerasını başa vurdu

Fransa millisindəki karyerasını başa vurdu
DÜNYA FUTBOLU 16 İyul 2018 / 12:10 4389
-  A +

Fransa millisinin müdafiəçisi Adil Rami yığmadakı karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə o, DÇ-2018-in finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib: "Bu ölkə çempionluğa layiqdir. Çox xoşbəxtəm. Qrizmann və baş məşqçi Didye Deşam hər oyundan əvvəl mənim bığlarıma toxunurdular. Onlar bu hərəkətin düşərli olacağına inanırdılar. Bunların hamısını xatırlayacağam. Ancaq indi yığmadakı karyeramı başa vurmaq vaxtıdır".

Qeyd edək ki, A.Rami 8 ildir çıxış etdiyi Fransa millisində ümumilkdə 35 matçda iştirak edib.


Son xəbərlər