"İnter"in prezidenti “Bakı”da

XƏBƏR 19 May 2010 / 14:00 2045
-  A +

Cari mövsümdə Unibank Premyer Liqasının qalibi olan “İnter”in prezidenti Georgi Nikolov bu gün “Bakı” klubunun qonağı olub. Qol.Az-ın "Bakı"nın rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi ilə görüşdən sonra Nikolov “Bakı”nın təlim-məşq bazasını gəzərək, buradakı şəraitlə yaxından tanış olub.

“Bakı" klubunun təlim-məşq bazasının qısa bir zamanda tikilib istifadəyə verilməsi böyük bir uğurdur. Belə bir şəraitə sahib olmaq təkcə “Bakı” üçün yox, həm də Azərbaycan futbolu üçün böyük qazancdır. "Bakı"nın  həqiqətən, də çox gözəl şəraiti var. Tam səmimi deyirəm ki, “Bakı”nın malik olduğu şəraiti heç Avropanın əksər klublarında yoxdur. Çox arzu edərdim ki, burada məşq edən, futbolu sirlərini öyrənən, hazılrıq keçən uşaqların, yeniyetmələrin sayı daha da çox olsun. Onların soraqları Avropadan gəlsin”.

 


Son xəbərlər