Qriqorçuk Almeydanı heyətə daxil etdi - Çempionlar Liqası

Qriqorçuk Almeydanı heyətə daxil etdi - Çempionlar Liqası
ÖLKƏ FUTBOLU 16 İyul 2018 / 10:30 4271
-  A +

Qazaxıstanın "Astana" klubunun Çempionlar Liqasının I təsnifat mərhələsində "Sutyeska" ilə  cavab oyunu üçün heyəti müəyyənləşib.

Qol.az-ın  yerli mətbuata istindən yaydığı xəbərə görə, baş məşqçi Roman Qriqorçuk Monteneqroya apardığı 22 nəfərlik siyahıda millimizin yarımmüdafiəçisi Riçard Almeyda da yer alıb.

"Qarabağ"ın daha bir sabiq futbolçusu, hazırda Qazaxıstan klubunda icarə əsasında oynayan  Pedro Enrike isə  cavab görüşü üçün heyətə daxil edilməyib. Buna səbəb braziliyalı yarımmüdafiəçinin heyətə sifariş vaxtından sonra cəlb edilməsidir. P.Enrike "Astana"a  növbəti mərhələyə yüksələcəyi təqdirdə, sifariş oluna bilər. 

Qeyd edək ki, "Sutyeska" - "Astana" görüşü iyulun 18-i Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Daha çox


Son xəbərlər