"Qələbəyə baxmayaraq, çatışmazlıqlar var" - baş məşqçi

"Qələbəyə baxmayaraq, çatışmazlıqlar var" - baş məşqçi
XƏBƏR 16 İyul 2018 / 09:48 2649
-  A +

“Artıq doqquz gündür ki, təlim-məşq toplanışındayıq. Tibbi və fiziki testlərdən keçdikdən sonra futbolçuların funksional və texniki-taktiki hazırlığının yüksəlməsinə diqqət ayırırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri  19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd AFFA-nın saytına deyib.

O, Keşlə”nin əvəzedici heyəti ilə keçirilən oyunla (4:0) bağlı fikirlərini də bildirib: "İlk yoxlama oyununda futbolçuların hamısına şans verdik. Komanda çox istəkli idi. Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var. Səhvlərimizin üzərində işləyəcəyik. Əsas odur ki, futbolçular hara hazırlaşdıqlarını bilir və səylə çalışırlar. Qələbə münasibəti ilə komandamı təbrik edirəm”.
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı