Didye Deşam tarixə düşdü

Didye Deşam tarixə düşdü
XƏBƏR 15 İyul 2018 / 22:28 3433
-  A +

Fransa millisinin baş məşqçisi Didye Deşam tarixə düşüb.

Qol.az-ın məlumatına görə, o, həm məşqçi, həm də futbolçu kimi dünya çempionu olan üçüncü şəxs olub. 1998-cı ildə Fransa millisi ilə futbolçu kimi dünya çempionatının kubokunu qazanan 49 yaşlı mütəxəssis DÇ-2018-də məşqçi olaraq da bu uğura nail olub.

Qeyd edək ki, bundan əvvəl braziliyalı Mario Zaqallo və alman Frans Bekkenbauer həm futbolçu, həm məşqçi kimi mundialın kubokunu qazanmışdı.


Son xəbərlər