Almir Hurtiç “Muğan”ı daha güclü və iddialı görmək istəyir

Almir Hurtiç “Muğan”ı daha güclü və iddialı görmək istəyir
XƏBƏR 19 May 2010 / 13:48 1580
-  A +

“Muğan”la daha 1 illik müqavilə imzalayan və komandada qalacağı dəqiqləşən Almir Hurtiç gələn ilin yay mövsümünə qədər komandanı çalışdıracaq. Qol.Az-ın məlumatına görə, bununla bağlı Salyan təmsilçisinin rəsmi internet saytına açıqlama verən bosniyalı mütəxəssis “Muğan”dakı fəaliyyətini davam etdirəcəyindən şərəf duyduğunu dilə gətirib: “Muğan”la daha 1 illik müqavilə imzaladım. Bunun üçün çox şadam. Düşünürəm ki, gələn mövsümdə komandayla birlikdə daha yaxşı nəticələr qazanmaq üçün çalışmalıyıq. Son turlarda komanda ardıcıl qələbələr qazanaraq Premyer Liqada qalmaq şansını qorudu. Gələn mövsüm üçün “Muğan”ı daha güclü və daha iddialı komanda olaraq görmək istərdim. Bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki