“Almeyda formada deyil” – Qriqorçuk

“Almeyda formada deyil” – Qriqorçuk
ÖLKƏ FUTBOLU 15 İyul 2018 / 13:03 7394
-  A +

"Astana"nın baş məşqçisi Roman Qriqorçuk millimizin futbolçusu Riçard Almeydanın hələ də debüt etməməsinə aydınlıq gətirib.

Qol.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis yarımmüdafiəçinin xeyli vaxtdı hazırlıqdan kənarda qalmasını problem kimi əsas gətirib.

Qriqorçukun fikrincə, Almeyda hazırda formada deyi: "Hələ də debüt etməyən yeni futbolçuların hər biri haqda fərdi danışmaq lazımdır. Çünki onlar müxtəlif müddət buraxıblar. Almeyda obyektiv səbəbdən demək olar 50 gün buraxıb və buna uyğun olaraq insan az məşq etdikcə, ona formasını yığmaq üçün daha çox vaxt lazımdıк. Əlbəttə, hər futbolçuya fərdi yanaşacağıq, danışacağıq, sınaqdan keçirəcəyik və məşqlərdə onların vəziyyətinə baxacağıq".

Xatırladaq ki, Riçard Almeyda zədə üzündən mövsüm bitəndən sonra millimizin hazırlıq prosesindən, yoldaşlıq görüşlərindən kənarda qalmalı olub.

Daha çox


Son xəbərlər