Fransa ikinci dəfə dünya çempionu oldu

Fransa ikinci dəfə dünya çempionu oldu
DÇ-2018 15 İyul 2018 / 20:53 12496
-  A +

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulub.

Qol.az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gəlib. 4:2 hesabı ilə qalib gələn Fransa DÇ-2018-in qalibi olub.

Bununla da Fransa 20 ildən sonra yenidən dünya çempionatının kubokunu qazanıb. Komanda DÇ-1998-in finalında Braziliyanı 3:0 hesabı ilə məğlub edərək ilk dəfə mundialın qalibi olmuşdu.

DÇ-2018

Final

15 iyul

19:00. Fransa - Xorvatiya - 4:2
Qollar:
Mandzukiç, 18-avtoqol (1:0), Perişiç, 29 (1:1), Qrizmann, 38-pen (2:1), Poqba, 59 (3:1), Mbappe, 65 (4:1), Mandzukiç, 69 (4:2) 
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)
Moskva, "Lujniki" stadionu.

Daha çox


Son xəbərlər