“Atletiko”nun tələb etdiyi məbləğ “İnter”i qane etmədi

“Atletiko”nun tələb etdiyi məbləğ “İnter”i qane etmədi
XƏBƏR 15 İyul 2018 / 01:44 4462
-  A +

Şime Vrsalkonun keçidi ilə bağlı “İnter” və “Atletiko” arasında aparılan danışıqlar yarımçıq dayandırılıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi maliyyə feir-pleyinin pozulmaması üçün əvvəlcə xorvat müdafiəçini icarəyə götürməyə, gələn yay isə birdəfəlik transfer etməyə çalışırdı.

“Atletiko” Vrsalko üçün 30 milyon avro tələb edib. Dünya çempionatında xorvat müdafiəçinin inamlı oyunu, komandasının finala çıxması onun qiymətinin yüksəlməsi ilə nəticələnib. Sözügedən məbləğ isə “İnter”i qane etməyib.

Bu səbəbdən də İtaliya təmsilçisi Vrsalkonun transferindən vaz keçib. “İnter” hazırda diqqətini “Mançester Yunayted”dən Matteo Darmianın alışına yönəldib.

Daha çox


Son xəbərlər