Azar “Çelsi”dən gedişinə işarə verdi - “6 uğurlu ildən sonra...”

Azar “Çelsi”dən gedişinə işarə verdi -  “6 uğurlu ildən sonra...”
XƏBƏR 15 İyul 2018 / 00:41 6092
-  A +

Eden Azar tezliklə “Çelsi”dən ayrıla bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bununla bağlı Belçika milllisinin üzvü deyib:

“Çelsi”dəki 6 uğurlu ildən sonra mümkündür ki, karyeramda yeni səhifə açım. Xüsusən də bu dünya çempionatından sonra.

Mən yalnız “Çelsi”də qalıb-qalmaq istəmədiyimi müəyyənləşdirə bilərəm. Yekun qərarı klub qəbul edəcək. Rəhbərliyin məni buraxıb-buraxmayacağını bilmirəm. Hər halda, getmək istədiyim klubun adını çoxları bilir”.

Qeyd edək ki, Azar ad açıqlamasa da, onun “Real”a getmək istədiyi ehtimal olunur. Çünki dünya çempionatının bürünc medalçısı dəfələrlə “Kral klubu”nun formasını geymək istədiyini bəyan edib.

Daha çox


Son xəbərlər