DÇ-1974-dən sonra ilk dəfə...

DÇ-1974-dən sonra ilk dəfə...
XƏBƏR 15 İyul 2018 / 00:00 4220
-  A +

Belçika millisi dünya çempionatında bürünc medallar uğrunda oyunda İngiltərəyə 2:0 hesabı ilə qalib gəlib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bununla da mundiallar tarixində 44 illik seriya qırılıb.

Belə ki,  DÇ-1974-dən sonra ilk dəfə üçüncü yer uğrunda görüşdə 3-dən az qol vurulub. 44 il əvvəl Polşa Braziliyanı 1:0 hesabı ilə məğlub etməklə bürünc medallara yiyələnmişdi.

Qeyd edək ki, ümumilikdə mundiallar tarixində buna qədər yalnız 3 dəfə - 1962, 1970, 1974-cü illərdə - bürünc medal uğrunda matçda 3-dən az qol vurulmuşdu.

Daha çox


Son xəbərlər