"Qürur hissi keçirirəm" - Roberto Martines

"Qürur hissi keçirirəm" - Roberto Martines
DÇ-2018 14 İyul 2018 / 23:28 4741
-  A +

"Bu, milli komanda ilə ən böyük nailiyyətimizdir. Yığmalarda oyunçular uzun müddət bir-biri ilə oynamırlar. Buna baxmayaraq, futbolçularım bir-biri ilə yaxşı anlaşdı. Hər kəs ancaq müvəffəqiyyət haqda düşündü. Qırdığımız rekordlarla gücümüzü göstərdik. Oynadığımız futbol digər azarkeşlərin də xoşuna gəldi. Buna görə qürur hissi keçirirəm".

Qol.az-ın məlumatına görə, Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-də 3-cü yer uğrunda mübarizədə İngiltərəyə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Fransa və Xorvatiya arasında keçiriləcək final görüşü haqda da danışıb: "Hər iki komanda finalda oynamağa layiqdir. Avro-2016-nın finalında məğlubiyyət fransızları daha güclü və möhkəm etdi. Xorvatiya isə bu turnirdə tarix yazdı. Hər iki yığma kuboku qazanmağa layiqdir".

R.Martines komandanın qol silahı Romelu Lukaku barədə də müsbət fikirlər səsləndirib: "Lukaku möhtəşəm oynadı. O, təkcə qol vurmur, həm də çox işləyir. Fransa ilə oyunda ona qarşı kobud oynayırdılar. Lukaku ağrı hiss etməsində baxmayaraq, komandasına kömək etdi. Bunu yüksək qiymətləndirirəm".

Daha çox


Son xəbərlər