"Yarımfinalda uduzduqdan sonra hər kəs evə getmək istəyirdi" - Qaret Sautqeyt

"Yarımfinalda uduzduqdan sonra hər kəs evə getmək istəyirdi" - Qaret Sautqeyt
DÇ-2018 14 İyul 2018 / 22:44 5730
-  A +

"Dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Turniri dördüncü pillədə başa vurduq, hərçənd biz dünyanın ən güclü 4 komandasından biri deyilik. Oyunçularımla fəxr edirəm. Onlar yaxşı nəticəyə nail oldular".

Qol.az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2018-də üçüncülük uğrunda Belçikaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, görüşün çətin keçdiyini bildirib: "Yarımfinalda uduzduqdan sonra hər kəs evə getmək istəyirdi. Amma yarım gün ərzində biz bu oyuna köklənməyə başladıq və medal qazanmaq istədik. Çempionatı yaxşı notlarla başa vurmağı düşünürdük. Ancaq Belçika bizdən daha yaxşı oynadı.  Çox yorğun idik. Dincəlməyə vaxtımız olmadı".

Daha çox


Son xəbərlər