“Bakı” “Xəzər Lənkəran”la oyunla iki ciddi itkiylə çıxacaq

“Bakı” “Xəzər Lənkəran”la oyunla iki ciddi itkiylə çıxacaq
XƏBƏR 19 May 2010 / 13:38 1985
-  A +

Mayın 23-də ölkə kubokunun final oyununda “Xəzər Lənkəran”la qarşılaşacaq “Bakı” qarşıdakı matça iki ciddi itkiylə çıxacaq. Qol.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab qarşılaşmasında qırmızı vərəqə alan Vadim Borets həlledici qarşılaşmanı buraxmaq məcburiyyətindədir. Onunla yanaşı komandanın türkiyəli legioneri Gürşat Duymuş da həlledici görüşdə iştirak edə bilməyəcək. Lakin Boretsdən fərqli, o, cəzalı yox, zədəlidi. Düzdü, tükiyəli müdafiəçi zədəsini sağaltsa da, hələlik komandadan ayrı çalışır. Lakin istənilən halda onun qısa müddət ərzində sağalıb, komandasına yarım etməsi inandırıcı görünmür.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın