"Finaldakı səhvləri təkrarlamamağa çalışacağıq" - Didye Deşam

"Finaldakı səhvləri təkrarlamamağa çalışacağıq" - Didye Deşam
DÇ-2018 14 İyul 2018 / 21:14 5075
-  A +

"Dünya çempionatının finalında oynamaq böyük bir uğurdur.  Bu görüşdən daha yaxşı oyun ola bilməz. İnamlı, sakit və diqqətli olmalıyıq. Rəqib yaxşı təcrübəyə malikdr. Onların təcrübəli oyunçuları var. Amma biz turnir ərzində bu cür komandalarla qarşılaşmışıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in finalında Xorvatiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Yığmada Afrika əsilli və digər xarici ölkələrin oyunçuları var. Bütün bunlar fransız futbolunu zənginləşdirir. Biz hamımız fransızıq və bundan qürur duyuruq. Kimin harada doğulduğu barədə danışmağa ehtiyac yoxdur. Ancaq sabah oyunu izləyənlər öz ölkələrində anadan olanlarla fəxr edəcək" - deyə o bildirib.

D.Deşam final görüşünə ciddi hazırlaşdıqlarını vurğulayıb: "Final oyununa çıxacağımız bilirik. Bu matça ciddi hazırlaşırıq. Tək mən yox, məşqçi qərargahı komandanı hazırlamaq üçün çalışırıq. Oyunları təhlil edirik. Bu, il ərzində ən vacib oyunumuzdur. Düzgün hazırlaşıb-hazırlaşmadığımızı nəticə göstərəcək".

O bildirib ki, gənc komandaları var: "Amma Avro-2016-nın finalında oynamış 9 oyunçumuz var. Onlar finaldakı səhvlərini xatırlayırlar və həmin səhvləri təkrarlamamağa çalışacaqlar".

Daha çox


Son xəbərlər