"İstəyirik, bütün dünya bizə azarkeşlik etsin" - Zlatko Daliç

"İstəyirik, bütün dünya bizə azarkeşlik etsin" - <b style="color:red"> Zlatko Daliç</b>
DÇ-2018 14 İyul 2018 / 17:52 2406
-  A +

“Biz gəlmişik ki, finaldan zövq alaq və maksimum nəticə qazanaq. Rəqibimizin kim olması bizi xüsusi maraqlandırmır”.

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2018-in finalında sabah Fransa ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, həlledici maçtın əhəmiyyətindən danışıb: “Finalda oynamağa layiqik. İstəyirik ki, bütün dünya bizə azarkeşlik etsin. Qoy, güclü qalib gəlsin.

Ən çətin oyunlarımız qrupda oldu. İndi üzərimizdə təzyiq yoxdur. Bütün dünya bizi izləyəcək. Sadəcə, həyəcanlanmaq lazım deyil. Bu, həm xalqımız, həm də bizim üçün ən vacib qarşılaşmadır. Uduzsaq da, bunu qürurla edəcəyik. Əgər kuboku qazansaq, heç kim bizim qədər qürur duymayacaq”.
 

Daha çox


Son xəbərlər