Pedro Enrike rəsmən "Astana"da

Pedro Enrike rəsmən "Astana"da
XƏBƏR 14 İyul 2018 / 16:10 4129
-  A +

“Qarabağ”ın  sabiq futbolçusu Pedro Enrikenin “Astana”ye keçidi rəsmiləşib.

Qol.az-ın Qazaxıstan klubunun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi ilə icarə sazişi  imzalanıb.

Müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus oolan 29 yaşlı futbolçu millimizin üzvü, “Qarabağ”ın digər sabiq futbolçusu Riçard Almeyda ilə bir klubda çıxış edəcək.

P.Enrike 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. O, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində ilk qolunun müəllifi olub.

Xatırladaq ki, “Astana”nın baş məşqçisi “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukdur.


Son xəbərlər