"Proqres" - "Qəbələ" oyununun hakimləri bilindi

"Proqres" - "Qəbələ" oyununun hakimləri bilindi
ÖLKƏ FUTBOLU 14 İyul 2018 / 14:57 2177
-  A +

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Proqres” (Lüksemburq) – “Qəbələ” oyununun hakim təyinatları açıqlanıb.

Qol.az-ın  UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç Şimali İrlandiyadan olan hakimlərə tapşırıb.

Keyt Kennedi görüşün baş hakimi olacaq. Stefen Donaldson və Kristian Fransis Hanna isə ona yardım edəcəklər. Ehtiyat hakim funksiyasını Evan Boys yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyulun 19-da keçiriləcək. Komandalar arasındakı ilk oyunda “Qəbələ” rəqibinə 0:2 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı