"Sabah" Superliqa klubu ilə qarşılaşacaq

"Sabah" Superliqa klubu ilə qarşılaşacaq
XƏBƏR 14 İyul 2018 / 14:36 2258
-  A +

İyulun 16-dan 29-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olacaq “Sabah” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.

Qol.az-ın klubun feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq paytaxt təmsilçisinin iki rəqibi müəyyənləşib.

Topaz Premyer Liqasının debütantı iyulun 18-də Türkiyə birinci liqasında mübarizə aparan “Giresunspor”, iyulun 28-də isə Superliqa təmsilçisi “Alanyaspor”la qarşılaşacaq. Digər iki rəqibin adı hələ dəqiqləşməyib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord