Tunc Avşar: «Cüneyt Biçər istənilən halda «Bakı»da qalacaq»

Tunc Avşar: «Cüneyt Biçər istənilən halda «Bakı»da qalacaq»
ÖLKƏ FUTBOLU 19 May 2010 / 12:56 2240
-  A +

«Klubumuzun məşqçilər korpusu komandadan göndəriləcək futbolçuların siyahısını hazırlayır. Məhz məşqçilər korpusunun rəyini dəyərləndirdikdən sonra buna uyğun olaraq göndəriləcək və qalacaq futbolçularla bağlı qərar verəcəyik». Bu sözləri Qol.Az-ın müxbirilə söhbətdə «Bakı»nın viste-prezidenti Tunc Avşar deyib. O, bütün bu məsələlərlə bağlı müzakirələrin kubokun final matçından sonra aparılacağını qeyd edib: «Hələ ki, hansı futbolçuların komandada qalacağını, hansının göndəriləcəyini deyə bilmərəm. Çünki bununla bağlı məşqçilər korpusunun hazırladığı siyahıya uyğun olaraq müzakirələri bazar günü aparacağıq. Klubumuzun prezidenti Hafiz Məmmədovun da iştirakı ilə klub rəhbərliyinin keçirəcəyi toplantıda bu məsələlərlə bağlı qəti qərar veriləcək».
T,Avşar yay transfer mövsümündə yerli futbolçularla yanaşı, əcnəbi oyunçulara da üstünlük verəcəklərini söyləyib: «Avrokuboklarda uğurlu çıxış etmək üçün bir neçə futbolçu transfer etməliyik. Bunlar həm yerli, həm də əcnəbi futbolçular olacaq. Final matçından sonra bu istiqamətdə intensiv iş aparacağıq. Baş məşqçi Cüneyt Biçərin komandada qalıb-qalmamasına gəlincə bu məsələni də həmin toplantıda müzakirə edəcəyik. Cüneyt bəy onsuz da «Bakı»nın məşqçisidr və istənilən halda komandada qalaxaq. Bildiyiniz ki, klubumuzun uşaq futbolu məşqçisi idi. Onun komandaya böyük xidmətləri olub. Lakin onun klubda baş məşqçi kimi qalacağı, yoxsa əvvəlki işinə göndəriləcəyilə bağlı bazar günü keçiriləcək toplantıda qəti qərar veriləcək».

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"