Mbappe futbolu narkotik maddə ilə müqayisə etdi

Mbappe futbolu narkotik maddə ilə müqayisə etdi
GÜNDƏM 14 İyul 2018 / 11:18 2815
-  A +

Fransa millisinin hücumçusu Kilian Mbappe futbolu narkotik maddə asılılığı ilə müqayisə edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, futbolun narkotik maddə ilə müqayisədə daha çox asılılıq yaratdığını deyib: "Mən futbolsuz yaşaya bilmirəm. Bu, narkotik maddə asılılığından daha çoxdur. Həmişə futbolla məşğul olmalı olduğumu düşünürdüm".

O, bir çox titulları qazanmaq istədiyini bildirib: "Dünya çempionatı da onlardan biridir. Çünki bu, ən böyük futbol turniridir. Bu kubok gözəldir. Qızıl medal isə bütün qızıllardan üstündür".

Qeyd edək ki, Fransa finalda Xorvatiya ilə qarşılaşacaq. Matç sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!