DÇ-2018-ə həm xanımını, həm də sevgilisini gətirib - baş məşqçi

DÇ-2018-ə həm xanımını, həm də sevgilisini gətirib - baş məşqçi
DÇ-2018 14 İyul 2018 / 10:56 6479
-  A +

DÇ-2018-in 1/8 finalında Braziliyaya uduzaraq mübarizəni dayandıran Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio haqqında iddia yayılıb.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 56 yaşlı mütəxəssisin DÇ-2018-ə həm xanımı, həm də sevgilisini gətirdiyini iddia edilib. Onun Braziliyaya 0:2 hesabı ilə uduzduqları oyuna həm xanımı və uşaqları, həm də idman müxbiri olan sevgilisini apardığı yazılıb.

"TV Notas"a danışan adı açıqlanmayan şəxs deyib ki, Meksikanın son 2 matçdakı məğlubiyyətinə məhz baş verənlər səbəb olub. Bu, ikili münasibət Osorionun fikrinin yayınmasına gətirib çıxarıb. Bu isə komandanın son 2 görüşdə uduzmasında əsas rol oynayıb.

Julye Osoro Kabellosla evli olan Osorionun bu evlilikdən 2 oğlu var. Onun 2016-cı ildən idman müxbiri Mariana Zakariasla sevgili olduğu bildirilib.

Qeyd edək ki, Meksika qrup mərhələsinin son turunda İsveçə 0:3, 1/8 finalda Braziliyaya 0:2 hesabı ilə uduzub.






Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər