"Sürpriz olacağını gözləmirəm" - Roberto Martines

"Sürpriz olacağını gözləmirəm" - Roberto Martines
DÇ-2018 14 İyul 2018 / 10:16 4533
-  A +

"Meydana çıxacaq futbolçular ən yaxşı formada olmalıdırlar. İngiltərə ilə müqayisədə istirahət etməyə daha çox vaxtımız oldu. Biz hazır olan ən yaxşı oyunçuları meydana buraxmağa çalışacağıq. Altı oyun keçirmişik. Futbolçularda belə yüklənmələrdən sonra fiziki yorğunluq ola bilər. Ancaq mən İngiltərə ilə görüşdə futbolçularımın oyundan həzz aldığını görmək istəyirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-də üçüncü yer uğrunda İngiltərəyə qarşı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, İngitərə yığması haqda müsbət fikirlər səsləndirib: "İngiltərə güclü komandadır. Onların Harri Keyn,Dele Alli və Cessi Linqard kimi lider oyunçular var. Onların hücumlarını saxlamalıyıq. Qrup oyunu ilə müqayisədə sürpriz olacağını gözləmirəm".

Qeyd edək ki, Belçika qrup mərhələsində İngiltərəyə 1:0 hesabı ilə qalib gəlmişdi.

Daha çox


Son xəbərlər