"Kuboku biz qazanacağıq" - Qrizmann

"Kuboku biz qazanacağıq" -  Qrizmann
XƏBƏR 13 İyul 2018 / 22:10 2693
-  A +

“Luka Modriç və İvan Rakitiç rəqibinizin əsas oyunçularıdır. Baş məşqçimiz onları necə dayandırmaq lazım olduğunu bilir. Bizim də hücumda Kilian Mbappe, Olivye Jiru kimi oyunçularımız var”.

Qol.az-ın məlumatına görə, bu sözləri Fransa millisinin üzvü Antuan Qrizmann ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, DÇ-2018-in finalında qarşılaşacaqları Xorvatiya millisindən daha şanslı olduqlarını bildirib: “Biz öz gücümüzə inanırıq. Fransa bizə inanır. Xalqımızın inamını itirmək istəmirik. Əlbəttə, qarşılaşma çətin keçəcək, amma kuboku qazanan tərəf biz olacağıq”.

Qeyd edək ki, final oyunu iyulun 15-də keçiriləcək.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı