Mübariz Mənsimovdan "Xəzər Lənkəran" açıqlaması

Mübariz Mənsimovdan "Xəzər Lənkəran" açıqlaması
XƏBƏR 13 İyul 2018 / 20:06 12115
-  A +

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov komandanın dağılmasından sonra ilk dəfə bu barədə fikir bildirib.

Qol.az xəbər verir ki, özünün Feysbuk hesabında paylaşım edən Mənsimov klubun hər zaman yaşayacağını bildirib:

“Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin burda futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”.

Xatırladaq ki, 2004-cü ildə yaradılan klub 2016-cı ildə fəaliyyətini dayandırıb.

Son xəbərlər