"Qalatasaray"da nigeriyalı hücumçu

"Qalatasaray"da nigeriyalı hücumçu
XƏBƏR 13 İyul 2018 / 19:22 4737
-  A +

"Qalatasaray" hücum xəttini gücləndirib.
 
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Everton"dan nigeriyalı hücumçu Henri Onyekurunu heyətinə qatıb.

21 yaşlı forvard "Qalatasaray"da 1 illik icarə əsasında çıxış edəcək. Bu keçid "cim-bom"a 800 min avroya başa gəlib.
 
Qeyd edək ki, Onyekuru 2017-ci ildə "Everton"a transfer olsa da, əsas komandada oynamayıb. Nigeriya millisinin üzvü ötən mövsümü "Anderlext"də icarə əsasında keçirib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi