«Voleybol komandasının prezidenti olmağımı Hafiz Məmmədov istəyir»

«Voleybol komandasının prezidenti olmağımı Hafiz Məmmədov istəyir»
XƏBƏR 19 May 2010 / 12:28 1889
-  A +

«Bakı» idman klubunun voleybol komandasının yaradılması ilə bağlı bütün işlər Azərbaycan kubokunun final oyunundan sonra həyata keçiriləcək». Bu sözləri Qol.Az-ın müxbirinə «Bakı»nın türkiyəli vitse-prezidenti Tunc Avşar deyib. O, final oyunundan sonra bu məsələylə bağlı klub rəhbərliyinin toplantı keçirəcəyini söyləyib: «Həmin toplantıda bütün məsələlərə aydınlıq gələcək».
Voleybol komandasının prezidenti vəsifəsinə namizəd göstərilən T.Avşar bildirib ki, onun bu vəzifədə çalışmasını «Bakı»nın prezidenti Hafiz Məmmədov istəyir: «Həm bu, həm də voleybol komandasının yaradılması məhz Hafiz Məmmədovun ideyasıdır. Hazırda Hafiz bəy ölkə xaricindədir, Bakıya qayıtdıqdan sonra biz bütün məsələləri müzakirə edəcəyik».
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı