Qrizmann Kurtuanın cavabını verdi

Qrizmann Kurtuanın cavabını verdi
XƏBƏR 13 İyul 2018 / 16:23 5459
-  A +

Antuan Qrizmann Belçika millisinin qapıçısı Tibo Kurtuanın Fransa yığması ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Qol.az xarici KİV-ə istinadən yaydığı xəbərə görə, "Atletiko"da çıxış edən futbolçu da öz növbəsində Kurtuaya söz atıb:

"Bəlkə Tibo Kurtua hesab edir ki, "Çelsi" "Barselona" kimi futbol oynayır? Mənim üçün vacib olan bu deyil. Mən sadəcə, dünya kubokunu qazanmaq istəyirəm. Hər şey bu qədər sadədir".

Qeyd edək ki, Belçika dünya çempionatının yarımfinal mərhələsində məhz fransızlara uduzmuşdu. Oyundan sonra danışan Kurtua Fransanın bütün komanda ilə müdafiə oldunduğunu və antifutbol oynadığını bildirmişdi.

Daha çox


Son xəbərlər