"Trabzonspor"un baş məşqçisi "Qarabağ"ın oyununu niyə izləyib?

"Trabzonspor"un baş məşqçisi "Qarabağ"ın oyununu niyə izləyib?
ÖLKƏ FUTBOLU 13 İyul 2018 / 15:58 6554
-  A +

"Trabzonspor"un baş məşqçisi Ünal Karaman Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçirilən "Olimpiya" - "Qarabağ" oyununu izləyib.

Qol.az-ın xəbərinə görə, bu barədə "Fotomaç" məlumat yayıb. Sloveniyada təlim-məşq toplanışında olan "Trabzonspor"un çalışdırıcısının hər iki komandanın heyətində çıxış edən bəzi futbolçuların oyununu canlı görmək üçün stadiona getdiyi iddia olunur. Ancaq Türkiyə mətbuatı həmin oyunçuların adlarını açıqlamayıb.

Qeyd edək ki, sözügedən oyunda "Qarabağ" Donald Geryenin vurduğu qolla minimal hesablı qələbə qazanıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı