"4 dəfə hücum etdilər, 4-ü də qol oldu" - Skarlatake

"4 dəfə hücum etdilər, 4-ü də qol oldu" - Skarlatake
GÜNDƏM 13 İyul 2018 / 15:42 4306
-  A +

"Türkiyədə keçirdiyimiz son yoxlama oyununda şanssız şəkildə zədələndim. Ona görə də dünən "Baltsan"la oyunu buraxmalı oldum".

Bu sözləri Qol.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Adrian Skarlatake deyib. Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Baltsan"la Maltada keçirilən ilk oyununda zədə səbəbindən meydana çıxa bilməyən rumıniyalı futbolçu qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. Təcrübəli yarımmüdafiəçi Lüksemburq klubuna məğlubiyyəti erkən buraxılan qollarla əlaqələndirib:

"Qolları çox tez buraxdıq. 20-ci dəqiqədə hesab artıq 2:0 meydan sahiblərinin xeyirinə idi. Rəqib qapımız qarşısında 4 epizod yaratdı. Dördü də qol oldu. Məncə məğlubiyyətə əsas səbəb bu oldu. O ki qaldı "Baltsan"ı ciddiyə almamağımıza, belə bir şey yoxdur. Kifayət qədər yaxşı komandadır. Heyətində 9 legioner çıxış edir".

Skarlatake bir həftə sonra Bakıda keçiriləcək cavab oyununda əllərindən gələni edəcəklərini bildirib: "Hələ 2-ci oyun var. Doğma meydanda 3 cavabsız qol vurub, mərhələni keçə bilərik. İnanıram ki, bunu bacaracağıq".

Qeyd edək ki, Maltada keçirilən ilk oyunda "Keşlə" rəqibinə 1:4 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord