"Sumqayıt"dan növbəti transfer

"Sumqayıt"dan növbəti transfer
XƏBƏR 13 İyul 2018 / 13:10 3034
-  A +

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə heyətini gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, son mövsümü “Sabah”ın heyətində keçirmiş yarımmüdafiəçi Qvanzav Maqomedovla 1 illik müqavilə imzalayıb. Maqomedov yeni komandasında 44 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Qvanzav Maqomedov “Sabah”la (14 oyun, 1 qol) yanaşı “Şahdağ” (27 oyun, 4 qol), “Zirə” (12 oyun, 2 qol), AZAL (28 oyun), "Səbail" və “Znamya Truda”nın (13 oyun) şərəfini qoruyub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord