"Mənə Vengerin məsləhətləri lazım deyil" - Emeri

"Mənə Vengerin məsləhətləri lazım deyil" - Emeri
DÜNYA FUTBOLU 13 İyul 2018 / 11:18 3598
-  A +

"Hər bir məşqçi futbolçularla özü tanış olmalıdır. Mən də bunu etmək istəyirəm. Hər kəslə danışdıqdan sonra isə nəticə çıxarmaq lazımdır".

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Unai Emeri deyib. London klubuna yenicə baş məşqçi təyin olunan ispan mütəxəssis komandanın özündən əvvəlki çalışdırıcı Arsen Vengerdən məsləhət almaq istəmədiyini bildirib:

"Vengerdən müəyyən məlumatlar almaq faydalı ola bilər. Amma mənə onun məsləhətləri lazım deyil. Futbolçular şəxsən tanış olmaq və bundan özümün nəticə çıxarmağım daha yaxşı olar. Vengerlə məşqçilərin hər il təşkil olunan görüşlərində danışmışam. Əminəm ki, tezliklə, ya gələn həftə, ya da növbəti ay yenidən görüşəcəyik".

Qeyd edək ki, Emeri "Arsenal"ın sükanı arxasında məhz Vengeri əvəzləyib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı