İngilis futbolçu "Mançester Yunayted"in hədəfində

İngilis futbolçu "Mançester Yunayted"in hədəfində
XƏBƏR 13 İyul 2018 / 10:17 3044
-  A +

İngiltərə millisi və "Lester"in üzvü Harri Maquayr "Mançester Yunayted"ə keçə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, "qırmızı şeytanlar" dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkən müdafiəçini heyətinə qatmaq istəyir. Bunun üçün Mançester təmsilçisi qarşı tərəfə 50 milyon funt-sterlinq ödəməlidir. Çünki "Lester" 25 yaşlı futbolçusunu bundan aşağı məbləğə satmaq niyyətində deyil.

Qeyd edək ki, "Lester" Maquayrı ötən mövsüm "Hall Siti"dən 17 milyon funta transfer etmişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı