"Real" istəyirdi, "Barselona"ya keçir

"Real" istəyirdi, "Barselona"ya keçir
XƏBƏR 13 İyul 2018 / 09:51 7880
-  A +

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard karyerasını "Real"da yox, "Barselona"da davam etdirə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı futbolçu məhz Kataloniya klubuna keçmək arzusundadır. Ötən həftə "Barselona" nümayəndələrinin 27 yaşlı oyunçunun agenti ilə danışıq apardığı iddia olunur. La Liqada oynamaq istəyən Hazardın "Çelsi"ni tərk etməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, "Çelsi" ilə 2020-ci ilə qədər müqaviləsi olan yarımmüdafiəçinin xidmətində "Real" da maraqlıdır.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı