“Bunu qeyri-peşəkarlıq yox, anlaşmazlıq adlandırardım” - Bordin

“Bunu qeyri-peşəkarlıq yox, anlaşmazlıq adlandırardım” -  Bordin
GÜNDƏM 13 İyul 2018 / 00:00 7248
-  A +

“Oyundan və nəticədən çox razıyıq. Futbolçularımız qoldan sonra özlərinə gələ bildilər. Ardıcıl fərqlənməklə oyunu çevirə bildik”.

Qol.az-ın məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Macarıstan "Uypeşt”i üzərində 3:1 hesablı qələbədən sonra təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandıdıb.

- 3:1 hesablə qələbə növbəti mərhələyə neçə faiz zəmanət verir?
- Futbolda zəmanət olmur. Qələbəyə şad olsaq da, sabahdan cavab matçına hazırlaşacağıq.

- İlk 10 dəqiqədə komandanıza nə olmuşdu?
- Həmin müddətdə də hücum etdik. İlk qoldan əvvəl 2 fürsətimiz oldu. Əsas yekun nəticədir.

- Baqali Dabo komandanı hesabı önə keçirəndın sonra Karikarini meydana buraxmaq fikrindən daşındınız və Braliçi daxil etdiniz. Müdafiəni gücləndirmək istəyiniz nə ilə bağlıdır?
- Bu, normaldır. Hesab 1:1 olanda Karikarini buraxmaq istəyirdim. Lakin önə keçdiyimizi görüb, müdafiəçi daxil etdim. Məqsəd müdafiə olunmaq və rəqibi əks-hücumlarda yaxalamaq idi. Bunu da bacardıq və 3-cü qolu vurduq.

- Qələbədən sonra əvvələcə azarkeşlərin, sonra ailə üzvlərinizin yanına getdiniz. Qələbəni kimə həsr edərdiniz?
- İlk olaraq qələbəni öz komandamızla, azarkeşlərlə qeyd etdim. Sonra ailəmin yanında getdim. Bu, yersiz sualdır. Bütün futbolçularla birgə azarkeşlərin yanına getdim. Seçim qarşısında qoymaq düzgün deyil.

- "Neftçi"nin əvvələr də problemli yeri mərkəz müdafiəçisi idi. İlk qolu da onların səhvindən buraxdıq. Bu problem nə zaman həllini tapacaq?
- Qapımıza doğru neçə zərbə gördünüz? Düzdür, qol zamanı rəqibi tuta bilmədik. Rəqibin 7-8 qol şansı olsa, sizi başa düşdərdim. Komanda şəklində yaxşı müdafiə olunduq. Bu gün gördük ki, arxa xəttə problemimiz yoxdur. Müdafiəçilərin çıxışından razıyam. Fiziki cəhətdən yaxşı durumdayıq. Rəhman Hacıyevi taktiki sxemi dəyişmək üçün əvəzlədim.

- Bugünkü "Neftçi" görmək istədiyiniz komandanızın neçə faizidir?
- Fikrimcə, yaxşı başladıq. Oyunçuların xarakterindən razı qaldım. Matçı lehimizə çevirdik. Qarşıda hələ inkişaf etmək üçün vaxt var. İndiki durumdan razıyam.

- Qarşınıza hansı hədəf qoyulub?
- Hələlik məndən ilk matçdan yaxşı nəticə istəyiblər. "Sevilya" barədə danışmamışıq.

- Səlahət Ağayevin müdafiəçinin ötürdüyü topu əlinə götürməsi peşəkarlığa sığmır. Bu barədə nə deyə bilərsiniz?
- Sabah onları zəncirləyəcəm (gülür). Biz qalib gəlmişik. Uduzmamışıq ki, böyük səhvlərdən danışaq. Bunu qeyri-peşəkarlıq yox, anlaşmazlıq adlandırardım. Belə hallar olur. Xahiş edirəm, müsbət şeylərdən danışaq. Rəqibin iki oyunçusunun gəlməmisinin onlar üçün ciddi problem olduğunu düşünmürəm. Sabahdan qələbəni incələyəcəyik.

- Cavab matçından nə gözləyirsiniz?
- Çox çətin oyun olacaq. Azarkeşləri dəstəkləyəcəklər. Amma biz üstün durumdayıq. Çünki 3:1 hesabı ilə qalib gəlmişik. Azarkeşlərimiz bizimlədir. Onlara təşəkkür edirəm (sportnet.az).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı