"İndidən sizə söz verirəm..." - Sənan Qurbanov

"İndidən sizə söz verirəm..." -  Sənan Qurbanov
GÜNDƏM 12 İyul 2018 / 23:10 9625
-  A +

"Azarkeşlərimizdən üzr istəyirəm. Həm öz, həm də komandam adından. Adımıza yaraşmayan futbol oynadıq. İkinci matçda daha hazırlıqlı olacağıq. Bu, bizim üçün çox ağır bir siqnal oldu. Düzəlməyən bir şey yoxdur, komanda şəklində bu yükün altından çıxa biləcəyik".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Proqres"lə ilk oyunundan (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Səfərdə necə taktika seçəcəksiniz?

- Bizə evimizdə 2 top vurublarsa, biz də bunu etməliyik. İndi isti-isti taktika haqda bir şey deyə bilmərəm. İntizamlı futbol oynamaq şərtilə qol və qollar vurmaqla çalışacağıq.

- Bu gün "Qəbələ" ağır təsir bağışladı, temp yox idi. Komandanız sanki qorxaq oynadı. Meydan sahibi kimi irəli getmədiniz...

- Rəqibin qapanacağını bilirdik. Oyunçularımıza sürətli futbol tapşırmışdım. Bu, hər zaman alınmır. Bəli, bu gün meydanda sürət yox idi. Futbolçularımız asanlıqla top itkilərinə yol verdilər.

- İlk 45 dəqiqədə rəqibin necə oynadığını gördünüz. Fasilədə dərhal niyə oyununuzda dəyişiklər, əvəzləmələr etmədiniz?

- Fasilədə oyunumuzda düzəlişlər etməyə çalışdım. Bilirdik ki, rəqibdə xətlərarası sıxlıq olacaq və orada top almalı idik. Sonradan oyunu məcburən cinahlardan qurmağa çalşdıq. Təmkin Xəlilzadə oyuna pis girmədi.

- Yeni transferlərdən ümidlərinizi doğrultmayanlar oldumu?

- Onların potensiallarına bələdik və bunu görərək komandaya götürmüşük. Bilirdik ki, qısa müddətdə fontan olmayacaq. Top qəbulundakı səhvlərdən narazı qaldım. Bu, qısa vaxt ərzində yoluna düşəcək.

- Raif Əliyev hücumda oynamalı idi. Ancaq onun bu qədər geri çəkilməsi yarımmüdafiənin zəif oynamasının nəticəsi idi, yoxsa belə tapşırıq vermişdiniz?

- Rauf tək hücumçumuz idi. Onun arxasında Asif Məmmədov idi, ikinci hücumçu kimi oynayırdı. Rauf geri çəkilmişdisə, digər ön xətdə oynayanlar o zonaya getməli idi. Videotəkrardan sonra hər şeyi analiz edəcəyik.

- İkinci hsisədə sol cinahdan hücumlar gördük. Rəqib də bunu bildi. Buna uyğun taktikanız olmalı idi ki, oyunu çevirə biləsiniz...

- Rəqibin də boş zonaları vardı və ordan hücumlar qurmaq istəyiridk. Sadə top itkiləri varsa, heç bir futboldan danışmaq olmaz. Bu zaman daha çox müdafiə olunmalısan. Rəqib bizim səhvlərdən qol vurdu. Bunlar isə elementar xətalar idi. İkinci oyunda daha yaxşı "Qəbələ" görə biləcəksiniz. Bunu indidən sizə söz verə bilərəm (Sportnet.az).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı