"Şans bizim tərəfdə idi" - "Proqres"in baş məşqçisi

"Şans bizim tərəfdə idi" -  "Proqres"in baş məşqçisi
GÜNDƏM 12 İyul 2018 / 22:23 3855
-  A +

"Məncə, bu gün qələbəni haqq etdik. Oyun boyunca düzgün oynadıq. Şansımızı gözlədik. Futbolda da hər zaman şans laızmdır. O, bu gün bizim tərəfdə idi. "Qəbələ"nin də bir neçə qol imkanı oldu, ancaq istifadə edə bilmədilər"

Qol.az-ın məllumatına görə, bu sözləri "Proqres"in baş məşqçisi Paolo Amodio Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Qəbələ" ilə ilk oyunundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Gözlədiyiniz "Qəbələ"ni gördünüz?

- "Qəbələ" haqda danışmaq istəmirəm. Bura hazırlıqlı gəldik və qələbə istəyimizə çatdıq.

- İlk hissədə ehtiyatlı oynadınız, fasilədən sonra irəli atıldınız. 45 dəqiqə rəqibi tanınmaq üçün bəs etdimi?

- Planımız var idi, 90 dəqiqə qol şansımızı gözlədik. İkinci hissədə biz də yorulduq.

- Bu gün "Qəbələ" fiziki cəhətdən zəif idi. Hesab etmirsiniz ki, rəqib ikinci oyuna daha hazırlıq olacaq?

- Bizim də rəqib kimi bir həftə hazırlaşmağa vaxtımız olacaq.

- Artıq özünüzü ikinci mərhələdə hiss edirsiniz? Düşünmürsünüz ki, cavab matçı daha çox formal xarakter daşıyacaq?

- "Qəbələ"nin gücünü bilirik. İkinci matçda mübarizə sıfırdan başlayacaq(Sportnet.az).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı