"Qarabağ"ı keçmək üçün Bakıda mümkün olan hər şeyi edəcəyik"

"Qarabağ"ı keçmək üçün Bakıda mümkün olan hər şeyi edəcəyik"
ÖLKƏ FUTBOLU 12 İyul 2018 / 16:52 3359
-  A +

“Təəssüf ki, “Qarabağ”la matçın sonlarında qol buraxdıq. Məncə, əsas problem topu tez-tez geri ötürməyimiz idi. Amma hələ heç nə bitməyib. İnanmağa davam edirik”.

Qol.az-ın məlumatına görə bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nın yarımmüdafiəçisi Rok Kronaveter Sloveniya mətbuatına açıqlamasında deyib. O bildirib ki, məğlubiyyətə baxmayaraq, “Qarabağ”la oynamaq olar:

“Qarabağ”a qarşı yaxşı oynadıq. İlk hissədə 100 faizlik qol imkanı yaxalasaq da, boşa verdik. Belə oyunlarda hər fürsəti dəyərləndirməlisən. Təəssüf ki, istifadə edə bilmədik. Amma mübarizə hələ davam edir. Bakıda mümkün olan hər şeyi edəcəyik. Gördük ki, “Qarabağ”la oynamaq olar”.

Kronaveterin fikrincə, növbəti mərhələ şansları hələ davam edir: “Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş səviyyəli komandaya qarşı oynadıq. İlk oyunda bəxtimiz gətirməsə də, şansımız hələ də var. Bəlkə də qol vursaydıq, hər şey tamam fərqli alınardı. Düzdür, bəzi futbolçular mövsümün sonunda “Qarabağ”ı tərk ediblər. Amma onlarla oynamaq asan deyil. Oyuna yaxşı hazırlaşmışdıq. Meydanda pis təsir bağışlamadıq. Amma istədiyimiz qolu vura bilmədik. Nəticəyə görə üzr istəyirik. Oyundan sonra baş məşqçi bizə dedi ki, başınızı dik tutun. Bu döyüş hələ bitməyib. Bu, oyunun ilk hissəsi idi. Uğur qazanacağımıza inanmalıyıq. Bunu bacara bilərik. Hər şey müsbət olmalıdır”.

Qeyd edək ki, “Qarabağ” dünən Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Olimpiya”nı 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

 

Daha çox


Son xəbərlər
21.09.18  21:14

"Yuventus"da ciddi itki