"Baltsan"ı öz meydanında məğlub etmək istəyirik" – Sezar Meza Kolli

"Baltsan"ı öz meydanında məğlub etmək istəyirik" – Sezar Meza Kolli
ÖLKƏ FUTBOLU 12 İyul 2018 / 13:57 2000
-  A +

“Komandada ab-hava yüksək səviyyədədir. Hamımız “Baltsan”la oyuna köklənmişik. “Keşlə” vacib oyuna hazırdır”.

Bu sözləri Qol.az-a açıqlamasında “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli deyib. Paytaxt klubu bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Baltsan”la qarşılaşacaq. Vacib qarşılaşma ilə bağlı fikirlərini açıqlayan futbolçu matçın çətin keçəcəyini söyləyib:

“Mövsümə Avroliqa oyunu ilə start verəcəyik. Bizi çox çətin və mürəkkəb görüş gözləyir. Buna baxmayaraq, səfərdə əlimizdən gələni edəcəyik ki, Bakıya sərfəli nəticə ilə qayıdaq. Rəqibə hörmətlə yanaşırıq. Artıq futbolda zəif-güclü rəqib anlayışı qalmayıb. İstənilən komandaya qarşı oynamaq çətindir. Düşünürəm ki, matça tam hazırıq. Səfərdə oynamağımıza baxmayaraq, “Baltsan”ı öz meydanında məğlub etmək istəyirik”.

Qeyd edək ki, “Baltsan” – “Keşlə” oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın