"Zirə" əlcəzairli futbolçu aldı

"Zirə" əlcəzairli futbolçu aldı
GÜNDƏM 12 İyul 2018 / 13:35 2333
-  A +

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Zirə” mövsümlərarası fasilədə ilk legioner transferini edib.

Qol.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi əlcəzairli yarımmüdafiəçi Bilal Hamdini heyətinə qatıb. 27 yaşlı futbolçu ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, karyerasına “Lans”da başlayan Hamdi müxtəlif illərdə Fransa ikinci liqasının “Laval”, “Klermon”, “Brest” və “Sedan” kimi klublarının əsas və əvəzedici komandalarında forma geyinib. Onun son klubu isə Kipr “Alki”si olub.
 

Daha çox


Son xəbərlər
21.09.18  21:14

"Yuventus"da ciddi itki