"İngilisləri öldürdük" - Prosineçki

"İngilisləri öldürdük" - Prosineçki
GÜNDƏM 12 İyul 2018 / 13:19 5890
-  A +

"Hazırkı oyunçular bizi geridə qoydular. Bu, böyük uğurdur. İkinci hissədə ingilisləri öldürdük! Fransa ilə oyunu səbirsizliklə gözləyirik".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin sabiq baş məşqçisi Robert Prosineçki ölkəsi Xorvatiya yığmasının DÇ-2018-in finalına yüksəlməsini şərh edərkən yerli mətbuata deyib.

"Mandzukiç, Modriç xarakateri ilə meydandakı digər komanda yoldaşları kimi mübarizə aparmağın nə olduğu göstərdi.  Bu futbolçular uğur qazanmağı bacaran oyunçulardır. Zlatko Daliçi təbrik edirəm" - deyə o bildirib..

Hazırda Bosniya və Herseqovina millisini çalışdıran Prosineçkinin sözlərinə görə, İngiltərə ilə yarımfinal görüşündə hesabda geri düşdükdən sonra nəticəni dəyişmək və oyuna nəzarəti bərpa etmək çətin idi: "Oyunun sonlarında daha da yaxşı idik. 120 dəqiqəlik oyunumuz tərifə layiqdir".

Prosineçki hazırkı nəslin Xorvatiyada hökm sürən xoşbəxtliyi daha asan hiss edəcəyini söləyib: "Bizimlə müqayisədə hazırkı nəslin sosial şəbəkələr və internetdə yazmaq imkanları var. Bu, onlara hazırkı ab-havanı hiss etmək imkanı yaradır".

Qeyd edək ki, Robert Prosineçki 1998-ci ildə dünya çempionatının bürünc medalını qazanıb. Həmin vaxt Xorvatiya yarımfinalda Fransaya 1:2 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord