"İngilis jurnalistlər və ekspertlər matçdan əvvəl çox danışdılar. Onlar Xorvatiyanı qiymətləndirmədilər və böyük səhv etdilər. Deyilənlərə "oldu, baxarıq, bu gün kim yorulacaq" - deyə reaksiya verdik . İngilislər özünü təvazökar aparmalı və rəqibə hörmət etməli idilər".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2018-in yarımfinalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, həm fiziki, həm də psixoloji cəhətdən dözümlü olduqlarını göstərdiklərini bildirib: " Finala yüksəlmək bizim üçün möhtəşəm uğurdur. Uzun müddətdən sonra xəyalımız gerçəkləşdi. Bu, Xorvatiya tarixinin ən böyük uğurudur. Bununla qürur duymalıyıq".
32 yaşlı yarımmüdafiəçi "Qızıl top"u qazanmaq şansı barədə danışmaqdan isə imtina edib: "Qızıl top" vecimə deyil. Hazırda final oyununu düşünürük. Fransa ən güclü rəqiblərdən biridir. Ümid edirəm ki, onlar qarşısında yetərli gücə sahib olacağıq".
Qeyd edək ki, Xorvatiya - Fransa görüşü iyulun 15-i Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi